Bu gün Avropa Liqasının "pley off”mərhələsinin oyunlarına start vriləcək.
Newsport.az-ın məlumatına görə, "Qarabağ” səfərdə İsvçrənin "Yanq Boys” klubunun qonağı olacaq. Əldə etdiyimiz məlumata görə, "Qarabağ” səfər oyununda da dəstəksiz qalmayacaq. Belə ki, "Forza Neftçi Avropa”nınbir qrup üzvü "Qarabağ”a dəstək olmaq üçün oyunun keçiriləcəyi "Stad de Suiss” arenasında olacaqlar. İsvçrədə yaşayan azərbaycanlıları nəzərə alsaq, oyunun 100-ə yaxın azərbaycanlı azarkeşin izləyəcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən qarşılaşma bu gün saat 23:00-da başlayacaq.