Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” də növbəti matçına çıxacaq.
Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək. Tarixində ilk dəfə “pley-off”a yüksələn “qırmızı-qaralar” uğurlu seriyasını davam etdirməyə çalışacaq.
Afinada keçiriləcək cavab matçı öncəsi təmsilçimiz sərfəli nəticə qazanmalıdır. Əks halda komandamızın qrup mərhələsinə yüksəlməsi çətin olacaq.
Qeyd edək ki, “Qəbələ” pley-off mərhələsinə qədər ardıcıl olaraq “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya) və “Apollon”u (Kipr) mübarizədən kənaralaşdırıb.
20 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar
21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) 0-0
Hakimlər: Andre Marriner, Simon Bennett, Li Bettsı (İngiltərə)
Bakı. 8-ci kilometr qəsəbə stadionu