"Son zamanlar komandamız eniş dövrünü yaşayırdı. Hazırda bu çətinliyi aradan qaldırmışıq".
Newsport.az-ın məlumatına görə, bu sözlər Yunanıstanın "Panatinaikos” klubunun futbolçusu Nikos Mariankisə məxsusdur.
UEFA Avropa Liqasının "pley off” mərhələsi çərçivəsində sabah təmsilçimiz "Qəbələ” ilə qarşıalaşacaq afinalıların üzvü öz komandaları ilə yanaşı "Qəbələ” barədə də danışıb: "Rəqibimizin 3 mərhələ keçməsi onun gücündən xəbər verir. Bakıya gəlməmişdən əvvəl güclü komanda ilə qarşılaşacağımızı bilirdik. Heyətdə ciddi itkilərimiz var. Həmin zədəlilərin arasında ulduz futbolçumuz Maykl Essyen də var. Amma biz bir futbolçudan ibarət deyilik. Essyensiz daha əvvəlki oyunlarda gücümüzü göstərmişik. Bundan sonra da həmin gücü ortaya qoymağa çalışacağıq”.