Sabah UEFA Avropa Liqasının "pley off” oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, sözügedən turnirdə çıxışını davam etdirən təmsilçimiz "Qəbələ” "Bakcell Arena”da Yunanıstanın "Panatinaikos” klubunu qəbul edəcək.
Oyundan bir gün öncə baş tutan mətbuat konfransında "Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu jurnalistlərin suallarını cavablandırıb:
- Komandanızın durumu necədir? Müəyyən vaxtlarda probleminiz var idi, komanda eniş dövrünü yaşayırdı...
- Hər bir komanda uğursuzluqla üzləşə bilər. Amma bu komandanın uğursuzluğundan irəli gəlmir. Biz bütün oyunlara hazırıq. Afionadan kənarda oynasaq da, bütün gücümüzü ortaya qoymağa çalışacağıq.
- Zədəli futbolçuların Bakıya gətirilməməsi, sizin oyununuza təsir edəcəkmi?
- Əlbəttə, bu danılmaz faktdfır. Amma biz buna əsaslanmamalıyıq. Düşünürəm ki, hər bir futbolçumuz öz oyununu göstərəcək. Zədəli və cəzalamız olsa belə, biz oyuna mütləq şəkildə hazırıq.
- Sabahkı oyunda hansı nəticə sizi qane edəcək?
- Yalnız qələbə!
- Sanki özünüzdən razısınız. Bu sizin arxayınlığınızdan irəli gəlmir?
- Mənim arxayınlığım yoxdur. Avropa Liqasında asan oyun yoxdur. Ona görə, biz bura çox ciddi hazırlaşıb gəlmişik. Oyunumuzu göstərib qələbə qazanmağa çalışacağıq. Bunun üçün bütün futbolçular, məşqçi heyəti, sleksiyaçılar – bir sözlə hamımız hazırlıqlı gəlmişik.