Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" sabah Yunanıstan "Panatinaikos"u ilə qarşılaşacaq.
Newsport.az-a klubdan verilən məlumata görə, Bakıda keçkiriləcək ilk oyuna maraq həddən artıq çoxdur.
Belə olmasaydı, bilet satışı artıq başa çatmazdı. Belə ki, oyuna bir gün qalsa da, kassalarda artıq bilet qalmayıb. Kluban aldığımız məlumata görə, bu oyun üçün 8 800 bilet satışa çıxarılıbmış və onların hamısı satılıb qurtarıb.
Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" matçı sabah "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.