"Hər iki komandanın qrup mərhələsinə vəsiqə qazanması üçün son şansdır, buna görə sabah maraqlı oyun olacaq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının pley-off mərhələsinin ilk matçında İsveçrədə "Yanq Boyz”la qarşılaşacaq Ağdam təmsilçisinin baş məşqçisi oyun haqqında fikirlərini bildirib: ""Meydanın süni ot örtüklü olması bizim oyunumuza mane olmayacaq, biz artıq buna alışmışıq. Cütün favoritini söyləmək mümkün deyil, şanslar bərabərdir”.