Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ” "Yanq Boyz”la qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu artıq Bernə istiqamət alıb. Bu arada "cavan oğlanlar”la "Stad de Suiss” arenasında keçiriləcək ilk oyun üçün biletlərin qiymətləri açıqlanıb.
32 min tamaşaçı tutumuna malik stadionda oyunu izləmək istəyənlər üçün müxtəlif variantlar düşünülüb. Belə ki, biletlət sektorlardan əlavə, kateqoriyalara da bölünüb.Yaşa görə 3 qrup var: 6 yaşa qədər olanlar üçün, 6-16 yaş arası olanlar üçün və normal biletlər. Normal biletlərin ən ucuzu 15, ən bahalısı isə 55 İsveşrə frankınadır. Bu qiymətlər 6-16 yaş azarkeşlər üçün 50 %-lik endirimlədir. 6 yaşdan aşağı olanlara isə biletlər pulsuzdur. "Yanq Boyz” eyni zamanda şagird və tələbələri də nəzərə alıb. Sektordan asılı olaraq, bu qiymət 15-25 İsveçrə frankı arasında dəyişir. Qonaq komandanın – yəni "Qarabağ”ın azarkeşləri üçün isə təxminən künc bayrağı ilə cərimə meydançası xətti arasında olan B12, B13, B14 və B15 sektorları ayrılıb və biletin qiyməti 20 frankdır.
Qeyd edək ki, mövsümlük abunə kartına sahib olanlar qiymətlərdə 30%-lik güzəşt əldə etmiş və ilkin seçim haqqına malik olmuşdu.