Avqustun 20-i UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Qəbələ" Yunanıstanın "Panatinaikos" komandasını qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, "Bakcell Arena"da baş tutacaq "Qəbələ" - "Panatinaikos" matçı öncəsi baş məşqçilərin mətbuat konfransının vaxtı dəqiqləşib
İlk olaraq jurnalistlərin önünə "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiu çıxacaq. Onun media ilə dialoqu 18:45-də arenanın media zalında start götürəcək.
20:15-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.