“Qarabağ” artıq İsveçrədədir.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının pley-off mərhələsində "Yanq-Boys"la qarşılaşacaq komanda ötən gün saat 17:00-da Bakını tərk edib.
Bakı-Bern reysi ilə hərəkət edən komanda 5 saatlıq uçuşdan sonra Bern şəhərinə çatıb.
Bu gün komanda oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq.
