"Evdə qol buraxmadan qələbə qazanmaq daha yaxşı olardı"-"Yanq Boyz"un oyunçusu

"Yanq Boyz"un yarımmüdafiəçisi Milan Qayiç müsahibə verib:

- Avrokuboklara yaxşı başlamamısız. İki oyunda da məğlubiyyət aldınız. Bu “Qarabağ” qarşısında hər hansı psixoloji təsir göstərəcək sizə?

- İnanmıram. Çünki artıq “Monako” ilə görüşlər geridə qalıb. Biz indi bütün fikrimizi “Qarabağ”la oyuna yönəltmişik. Qarşımızdakı rəqib “Monako” idi, elə-belə rəqib deyildi. Ona görə də çətinlik çəkdik.

- "Qarabağ” haqda hansı fikirdəsən?

- Bilirəm ki, yaxşı komandadı. Onların oyunlarını da izləmişəm. 

- Keçən il qrupda oynamasından da yəqin məlumatlısan...

- Bəli, qrupda oynadıqlarını bilirəm, özü də “Dnepr”ə səfərdə qalib gəliblər. 

- Həmin oyunlara baxdıqdan sonra “Qarabağ” haqda hansı fikir formalaşdı səndə?

- İstədiyi zaman hücum edib, istədiyi zaman da müdafiə olunmağı bacaran klub. “Qarabağ”la oyunlarımız çox məsuliyyətlidi. Bizim üçün vacib oyundu. Çətin olacaq. Amma biz sona kimi oynayacağıq.

- İlk oyundakı hansı hesab sizi Bakı səfəri öncəsi rahatlaşdıra bilər?

- Heç bir hesab bizi rahatlaşdırmayacaq. Biz İsveçrədə oyuna necə çıxacağıqsa, nəticədən asılı olmayaraq səfər matçına da elə çıxacağıq. Təbii ki, evdə qol buraxmadan qələbə qazanmaq daha yaxşı olardı.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right