"Qarabağ" "Yanq Boyz"la oyuna ciddi itki ilə çıxacaq

Avropa Liqasının "pley-off" mərhələsində səfərdə "Yanq Boyz"la qarşılaşacaq "Qarabağ" oyuna ciddi itki ilə çıxacaq. 

Newsport.az-ın məlumatına görə, Ağdam klubu zədəli Maksim medvedevin xidmətindən bu oyunda da yararlana bilməyəcək. Maksimin mövqeyində əvvəlki oyunlarda olduğu kimi İlqar Qurbanovun oynayacağı gözlənilir. "Yanq Boyz" - "Qarabağ" oyunu avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right