Avqustun 20-də UEFA Avropa Liqasının "pley off” mərhələsinin ilk oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, ölkəmizi sözügedən turnurdə təmsil edən "Qəbələ” "Bakcell Arena”da Yunanıstsanın "Panatinaikos” klubunu qəbul edəcək. Artıq Afina klubunun Bakıya gələcəyi tarix bəlli olub. Yunanıstan mediasının yazdığına görə, "Panatinaikos” avqustun 19-u ölkəmizə təşrif buyuracaq. "Bütün Afina”nı təmsil edən komanda elə həmin gün oyunun keçiriləcəyi arenada oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma saat 21:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də keçiriləcək.