Kadi: "Görək, bəxtimizə hansı komanda düşəcək"

"Qarabağ"ın futbolçusu Kadi Borges Avropa Liqası qrup mərhələsinin 6-cı turunun "Frayburq"la matçından sonra Newsport.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Komandanın oyunu ilə qürur duyuram. Son matça kimi qrupdan çıxmaq şansımızı saxlayırdıq. Sona qədər mübarizə apardıq. Belə oyunların taleyini detallar həll edir. Çoxlu qol vəziyyətləri yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Rəqib isə istifadə etdi. 

- Son iki oyunda qol epizodlarında bəxtsizlik yaşadın. Bunu nə ilə izah edirsən?

- Bilmirəm bu suala necə cavab verim. Bəlkə də texniki səhvlərə görə qol vurmaq alınmadı, bəklə də bəxtsizlikdir. Tam izah edə bilmirəm. Bəzən olur ki, oyunda yanlış qərar verirsən, qolla nəticələnir. Bəzən də hər şeyi doğru edirsən, qol vura bilmirsən. Çıxış yolu daha çox işləməkdir. 

- Çempionlar Liqasında qrupa düşsəydik, "Barselona" rəqib ola bilərdi, Avropa Liqasında da pley-offa yüksəlsəydik, yenə "Barselona" gələ bilərdi...

- Bütün bunlar ehtimallardır. Reallıq isə Konfrans Liqasıdır. Gözləyək bəxtimizə hansı komanda düşəcək. Növbəti mərhələyə keçmək üçün hazırlaşacağıq.

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right