Avropa Liqasında 3 mərhələ adlayaraq pley-offa gəlib çatan "Qəbələ” burda "Panatinaikos”la qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının II turu çərçivəsində AZAL-a qarşı keçirdikləri görüşdən sonra Yunanıstan klubu ilə duellər haqda danışıb.
Təcrübəli ukraynalı mütəxəssis maraqlı fikirlər səsləndirib: "Avroliqa oyununa qələbə ilə yollanmaq psixoloji baxımdan çox yaxşıdır. İlk turda qələbə qazana bilməmişdik, bu dəfə də xal itirsəydik, uşaqlarda müəyyən gərginlik yarana bilərdi. Şadam ki, "Dalğa Arena”da 3 xal qazandıq. Sırf "Panatinaikos”la oyunlara gəlincə, qeyd etməliyəm ki, Yunanıstan klubu çox güclüdür. Məncə, öncəki rəqiblərimizin hamısından. Ona görə də onları keçmək üçün "Qəbələ” bu günə qədər oynamadığı şəkildə yaxşı çıxış etməlidir. Çünki bizə çətin olacaq. Yalnız ən yaxşı oyunumuzu göstərməklə, qrup mərhələsinə vəsiqə qazana bilərik”.