“Qarabağ”ın futbolçusu Leandro Andrade zədəsini sağaldıb.
Newsport.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Premyer Liqanın 10-cu turunun “Qəbələ” ilə görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.
Ötən tur “Turan Tovuz”a qarşı keçirilmiş oyunu da buraxmaq məcburiyyətində qalan kabo-verdelinin sabah Avropa Liqasının 5-ci turunun “Nant”la matçında da meydanda olmayacağı ehtimal edilir.
Onun ölkə çempionatının 12-ci turunun “Şamaxı” ilə görüşündə meydanda olacağı gözlənilir.