"Qarabağ"ın iki oyununu idarə etmiş danimarkalı

Avropa Liqasının 5-ci turunun "Nant" - "Qarabağ" görüşünün referisi bəlli olub.

Newsport.az-ın məlumatına görə, matçı Yakob Kehlet idarə edəcək.

Danimarkalı ilk dəfə deyil ki, "Qarabağ"ın matçına təyinat alıb.

Belə ki, 42 yaşlı ədalət təmsilçisi ilk dəfə 2015/2016 mövsümündə "Qarabağ"ın (0:1) "Monako" ilə matçını idarə edib.  Danimarkalı "Qarabağ" - "Sivasspor" (2:3) oyununa da təyin alıb.

"Nant" - "Qarabağ" matçı iki gündən sonra Fransada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right