“Qarabağ” yenə Avroliqanın ən yaxşıları arasında yer aldı

Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların yeni siyahısı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, ən yaxşı 10 komanda arasında Azərbaycan çempionu “Qarabağ” da var.

Son 5 rəsmi matçda 4 qələbə qazanıb, 1 heç-heçə əldə edən Ağdam təmsilçisi ilk “3-lük”də qərarlaşıb. Ağdam klubundan daha yaxşı formada olan iki komanda var – “Fənərbaxça” və “Renn”. Bu iki komanda son beş matçından qalib ayrılıb.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right