“Nant” – “Qarabağ” matçının hakimləri açıqlandı

Fransada “Nant” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununun təyinatları məlum olub.

Newsport.az-ın məlumatına görə, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Jakob Kehletə Lars Hummelgaard və Viktor Skytte laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Jorgen Burkardt yerinə yetirəcək. VAR hakimi niderlandlı Jeroen Manskot, onun köməkçisi Rob Dieperinkdir.

Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Oktyabrın 27-də keçiriləcək matç saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right