Qarabağ”la oyunda qələbə qazanmaq üçün vacib olan hər şeyi edəcəyik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Nant”ın baş məşqçisi Antuan Kombuare Liqa 1-in 12-ci turunda “Nitsa”ya qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis məqsədlərinin çempionatda ən azı 16-cı yeri tutmaq olduğunu bildirib:
“Bu, elitada qalmağımıza kifayət edəcək. Lakin avrokuboklarda da qalib gəlmək arzusu ilə oynayacağıq. Hər görüşdə qələbə qazanmaq istəyirik”.
Oktyabrın 23-də “Nitsa”nın qonağı olacaq “Nant” oktyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ı qəbul edəcək. “Köhlən atlar” hazırda G qrupunda 7 xalla ikinci, Fransa təmsilçisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.