"Qarabağ" - "Olimpiakos" matçı "beşliy"ə daxil oldu

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarındakı azarkeş sayı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, 16 oyunda 400 mindən çox insan matçı stadiondan izləyib.

"Qarabağ" - "Olimpiakos" (0:0) görüşü də "beşliy"ə daxil olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu 31, 200 azarkeş izləyib.

"Mançester Yunayted" - "Omoniya" matçı isə siyahıda birincidi. "Qırmızı şeytanlar"ın Kipr təmsilçisi ilə görüşünə 74, 310 azarkeş baxıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right