"Olimpiakos"un müdafiəçisi: "Bakıya qələbə qazanmaq üçün gəlmişdik"

"Olimpiakos"un futbolçusu Sokratis Papastatopulos Avropa Liqası qrup mərhələsinin dördüncü turunun "Qarabağ"la oyunundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı mərkəz müdafiəçisi 0:0 hesablı heç-heçənin ədalətli nəticə olduğunu qeyd edib:

"Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Yaxşı oynadığımız anlar oldu. Çətin bir dönəmdən keçirik və yenidən komanda qururuq. Müdafiədə daha etibarlı olmalı idik. Fasilədən sonra hakim oyunu tez-tez dayandırırdı. Yersiz bəzi vərəqələr verdi. Ümumilikdə, nəticənin ədalətli olduğunu düşünürəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right