Qara Qarayev: "Olimpiakos" qapısının önündə ikiqat divar hörmüşdü"

"Qarabağ" Avropa Liqası qrup ərhələsinin dördüncü turunun matçında doğma meydanda "Olimpiakos"la 0:0 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra Ağdam təmsilçisinin kapitanı Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:

- Bütün azarkeşlərimizi təbrik edirəm. Bir xal bizim üçün çox əhəmiyyətli idi. Rəqibin bu cür müdafiə olunacağını bilirdik. Səfərdəki matçdan daha az qol şansları əldə etdik. Ümumi oyunumuz pis alınmadı. Rəqibi təzyiqdə saxladıq, onlara yüz faizlik imkan vermədik. "Olimpiakos" bura ən azı bir xal qazanmağa gəlmişdi. "Olimpiakos" kimi komanda bura məğlub olmamağa gəlir. Bu, "Qarabağ"ın uğurudur. 

- Digər matçda "Nant" öz meydanında "Frayburq"a uduzdu. Bu nəticə "Qarabağ"ın növbəti mərhələ üçün ümidlərini artırır?

- Düşünmürəm. Çünki, "Nant"ın burada bizə məğlub olması onlara əlavə motivasiya verəcək. Evdə uduzmaq istəməyəcəklər. "Frayburq"la evdəki son oyuna qədər nəsə demək çətindir. Bəlkə də növbəti tur pley-offa vəsiqəni təmin etmək olar. Amma hər halda gözləməliyik. 

- Oyunun gedişində nəticədən xəbəriniz var idi?

- Yox. Matç bitəndən sonra xəbərimiz oldu. Çünki, bütün diqqətimiz oyunda idi.

- Sanki bir xal kifatət edirmiş kimi oynayırdız...

- Xeyr. Sadəcə olaraq rəqib bizi buna məcbur etdi. Oyunun sonuna yaxın "Olimpiakos" qapının önünə ikiqat divar hörmüşdü. Cərimə meydançasına girmək çətinləşirdi. Sonlarda bəlkə də güc itirdiyiməzə görə çətin oldu. Bir az da basqılı oynasaydıq şanslar yarada bilərdik. Rəqib görüşü 0:0 hesabına aparırdı. Amma biz buna razı deyildik, qalib gəlmək istəyirdik. Hər halda bu, futboldur. Belə nəticələrə də hazırıq. Düşünmürəm ki, bu, məyusedici nəticədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right