"Trabzonspor" "Monako"nun qarşısına 7 itki ilə çıxacaq

"Trabzonspor" Avropa Liqası qrup mərhələsinin dördüncü turunun oyununda doğma meydanda "Monako"nu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, Türkiyə klubu bu matça ciddi itkilərlə çıxacaq. "Bordo-mavilər"in futbolçuları Dorukhan Tököz, Edin Visca, Bruno Peres, Serkan Asan, Trezege və Abdulkadir Ömür zədə, Maksi Qomes isə qırmızı vərəqə cəzasına görə vacib matçda oynamayacaq.

Qeyd edək ki, "Trabzonspor" - "Monako" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da "Akyazı" stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right