"Qarabağ" - "Olimpiakos" matçına son 300 bilet

UEFA Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Olimpiakos" oyunu üçün sabah son 300 bilet satışa çıxarılacaq.

Newsport.az-ın məlumatına görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiniz.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right