“İlk matçda nəticə oyuna görə olmadı” – Miçel Qonsales

"Olimpiakos" Avropa Liqası qrup mərhələsinin dördüncü turu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, matçdan öncə keçirilən mətbuat konfransında Yunanıstan klubunun baş məşqçisi Xose Miçel jurnalistlərin suallarını cavablandırıb: 

- İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?

- Təbii ki, olacaq. Üç futbolçumuz zədəli idi. Sabah oynaya bilərlər. Biz ən yaxşısını ortaya çıxarmağa çalışırıq. Hələ kimin oynayacağını dəqiq bilmirəm, amma bugünkü məşqdən sonra biləcəyik.

- "Qarabağ"ın baş məşqçisi sabah "Olimpiakos" üçün son və həlledici oyun olduğunu deyib. Razısız?

- Bəli, biz bunu onun sözlərindən əvvəl də bilirdik (gülür). Bunu paltardəyişmə otağında hiss edə bilərsiniz. Qalib gələ bilməsək, böyük ölçüdə çox şey həll olunacaq. Sabah "Olimpiakos" üçün həlledici oyun olacaq.

- Sabah akademiyanın oyunçularından kimlərsə meydana çıxacaq?

- Mən həmişə bunu etməyə çalışmışam, son matçlarda da etmişəm. Lazım olarsa, onlardan istifadə edəcəyik.

- Cavab oyunundan öncə ilk matçdakı 0:3 hesablı məğlubiyyət sizi qorxudur? 

- Məncə göstərilən oyun nəticə ilə üst-üstə düşmür. İlk matçda yaxşı oynamışdıq və məğlubiyyətə layiq deyildik. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right