“Qarabağ”la oyundan öncə “Olimpiakos”da yeni müdafiəçi

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə heyətə yeni futbolçu dəvət edib.

Newsport.az-ın məlumatına görə, müdafiəçi Aleksis Kalogeropulos əsas komanda ilə məşqlərə cəlb olunub.

18 yaşlı oyunçu Pirey təmsilçisinin UEFA-ya göndərdiyi sifariş ərizəsinin B siyahısında yer alıb. Lakin gənc futbolçunun Bakıya gətirilib-gətirilməyəcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçına saat 20:45-də start veriləcək. Ağdam təmsilçisi bu rəqibinə səfərdə 3:0 hesabıyla qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right