Yunanıstanın “Olimpiakos” komandası Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la səfər oyunu üçün Bakıya 24 futbolçu gətirəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu yer alıb:
Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis;
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçına saat 20:45-də start veriləcək. Afinadakı oyunda Ağdam təmsilçisi bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.