"Real Sosyedad"la oyun bizim üçün yaxşı sınaq oldu. Bir neçə futbolçunu sınaqdan keçirdik. Bu görüşdə əsas məqsədimiz bütün futbolçulara oynamaq şansı vermək idi".
Newsport.az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou "Real Sosyedad"la keçirilən yoxlama görüşündən sonra (0:3) deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyunlara və 10 gün sonra start götürəcək superliqa matçlarına yaxşı köklənməli olduqlarını bildirib:
"Yoxlama oyununda komandanın fikizi durumunu görmək istəyirdik. Ona görə iki hissədə fərqli heyəti meydana buraxdım. Yaxşı oynadıq. Ancaq sonlara doğru yorulduq. Bu, bizim üçün yaxşı dərs oldu. Komandamın hazırlığından və futbolçularımın çıxışından razı qaldım. Artıq "Qəbələ" ilə pley-off oyunlarına və superliqa görüşlərinə yaxşı köklənməliyik".
Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk matç avqustun 20-də Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.