"Qarabağ"la oyun öncəsi "Olimpiakos"da itki

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Olimpiakos” Bakıdakı matça itki ilə çıxa bilər.

Newsport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Pirey təmsilçisinin üzvü Pipa Yunanıstan Superliqasının VII turunun OFİ ilə görüşündə zədələnib.

Onun “Qarabağ”a qarşı matçda meydana çıxmayacağı gözlənilir.

“Qarabağ” – “Olimpiakos” matçı oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right