“Olimpiakos”u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

Yunanıstan “Olimpiakos”unu Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda baş tutacaq “Qarabağ”la səfər oyununda az sayda azarkeş dəstəkləyəcək.

Newsport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Pirey təmsilçisi Azərbaycan təmsilçisindən cəmi 50 bilet istəyib.

Bu üzdən də əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də “Qarabağ” tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.

Xatırladaq ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçına saat 20:45-də start veriləcək. Ağdam təmsilçisi səfərdə baş tutan ilk oyunda bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right