“Qarabağ”la matçdan sonra azarkeşləri təhqir edən futbolçu cəzalandı

Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin oyunundan yerli azarkeşləri təhqir edən “Olimpiakos”un futbolçusu Pape Abu Sisse cəzalanıb.

Newsport.az-ın məlumatına görə, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.

27 yaşlı futbolçu etdiyi hərəkətə görə şəxsi “instaqram” səhifəsində üzrxahlıq mesajı paylaşsa da, bu, ispaniyalı mütəxəssisin qərarını dəyişməyib.

“Qarabağ” və “Olimpiakos” arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right