"Bu zərbəni tezliklə dəf edəcəyimizə söz verirəm" - Olimpiakos"unun futbolçusu

"Qarabağ" klubu Yunanıstan "Olimpiakos"unun futbolçusu Matyö Valbuenanı yubiley matçında məyus edib.

Newsport.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçinin 700-cü matçı UEFA Avropa Liqasının qrup mərhələsində III tura təsadüf edib. Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçirilmiş görüşdə Azərbaycan təmsilçisi 3:0 hesablı qələbə qazanıb. 38 yaşlı oyunçu meydana 83-cü dəqiqədə daxil olub və bundan 5 dəqiqə sonra sarı vərəqə alıb.

 

Oyundan sonra verdiyi açıqlamada Valbuena deyib: "Məğlubiyyətə baxmayaraq, Avropa Liqasında bu klubla davam etməkdən böyük şərəf duyuram. Çünki "Olimpiakos" mənim üçün çox şey deməkdir. Bilirəm ki, ağır dövrdür, amma bu zərbəni tezliklə dəf edəcəyimizə söz verirəm".

 

Qeyd edək ki, "Olimpiakos" G qrupundakı əvvəlki 2 oyunundan da məğlub ayrılıb. Yunanıstan təmsilçisi Fransada "Nant"a 1:2, evdə Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right