"Qarabağ"la oyundakı hərəkətinə görə üzr istədi

"Olimpiakos"un müdafiəçisi Pape Sisse Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyunda (0:3) əvəzləndikdən sonra verdiyi  pis reaksiyaya görə klubdakı hərkəsdən və azarkeşlərdən üzr istəyib.

Newsport.az-ın məlumatına görə, seneqallı oyunçu "Qarabağ"la matçın 83-cü dəqiqəsində ikinci qoldan bir dəqiqə sonra əvəzlənib. , Meydandan çıxarkən etdiyi səhvinə görə azarkeşlər onu fitə basıblar. 

P.Sisse özünün "Feysbuk" hesabında yazıb: "Dünən "Olimpiakos" və mənim üçün çox pis bir gecə oldu. Son vaxtlar faciəvi itkilərlə şəxsi cəhənnəmi yaşadım və psixoloji sınaqlardan keçdim. Siz məni yaxşı tanıyırsınız. Futbol oynayaraq böyüdüyüm və meydanda hər zaman əlimdə olan hər şeyi verdiyim "Olimpiakos"u nə qədər çox sevdiyimi bilirsiniz. Dünən səhv etdim, özüm və ailəm haqqında sərt və təhqiramiz sözlər eşidib özümü itirdim. Buna görə bütün "Olimpiakos" ailəsindən, məşqçilərdən, komanda yoldaşlarımdan, rəhbərlikdən və hər şeydən əvvəl azarkeşlərdən üzr istəmək istəyirəm. Ümid edirəm ki, məni bağışlayacaqsınız, çünki bütün bu illər ərzində sizlərdən biriyəm və komandamız üçün hər şeyi verməyə davam etmək, tükənməz istəklə davam etmək istəyirəm".

Qeyd edək ki, Sisse "Qarabağ"la görüşdə əvəzlənən zaman ona deyilən sözləri eşitmək üçün forması ilə qulaqlarını örtüb və fanatları söyüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right