"Qarşıdakı oyunda da xal qazansaq növbəti mərhələyə çıxacağıq"

"Çətin stadionda vacib qələbə qazandıq. İlk hissədəki qol şanslarımızdan yararlana bilmədik, amma ikinci yarıda boşluqlarından layiqincə istifadə etdik və qollarımızı vurduq. Artıq bu matç geridə qaldı və irəlidəki matçlara baxırıq".

Bu sözləri "Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının qrup mərhələsinin "Olimpiakos"la oyunundan sonra Newsport.az-ın Yunanıstana ezam olunan xüsusi müxbirinə müsahibə verərkən deyib

- Hesab özün üçün gözlənilməz oldu?
- Biz hər gün məşq edirik ki, bütün oyunlarda əlimizdən gələni edək. Bacardığımız qədər çox qol vurmaq istəyirik. Şans da yanımızdaydı. Qol imkanlarından istifadə etdik. Qələbəyə görə Tanrıya minnətdaram.

- Meydanda ən yaxşılardan idin. Öz performansınızdan razı qaldın?
- Etimada görə təşəkkür edirəm. Mən fərdi olaraq, özüm barədə danışmaq istəmirəm. Bu qələbədə hamının payı var. Bir-bir futbolçuların adını çəkmək istəmirəm. Kollektiv olaraq qalib gəldik.

- Qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsən?
- Şansımız var. Növbəti oyun bizim üçün çox vacibdi. Qarşıdakı oyunda da xal və ya xallar qazansaq, biz növbəti mərhələyə çıxacağıq.

Hacı Mərdan/Afina, Yunanıstan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right