Ovusu Kvabena ən yaxşılar sırasında

“Qarabağ”ın futbolçusu Ovusu Kvabena bu mövsüm Avropa kuboklarında uğurlu oyunu ilə seçilir.

Newsport.az-ın məlumatına görə, qanalı hücumçu komandasının dünən “Olimpiakos”a Afinada 3:0 hesabı ilə qalib gəldiyi oyunda böyük pay sahibi olub. Matçda ilk qolu məhz Ovusu vurub.

UEFA-nın açıqladığı statistik göstəriciyə əsasən, Ovusu yarışın ilk 3 turunda çərçivəyə ən çox zərbə endirən (7 dəfə) oyunçular sırasında birinci yeri tutur. Bu zərbələrdən 2-si isə qol olub. Bununla da Ovusu yarışın bombardirləri siyahısındadır. İlk pillələri hərəyə 3 qolla Ximenes (“Feyenoord”) və Qapko (PSV) tuturlar. 

Bundan başqa, Ovusu qapıya ən çox  zərbə endirən (11 dəfə) oyunçular sırasında da yer alıb - 4-cü pillə. Bu göstəricidə lider isə 14 zərbə ilə “Mançester Yunayted”li Kriştiano Ronaldodur.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right