“Qarabağ” bu göstəricidə liderdir UEFA açıqladı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ən çox qol vuran komandalar sırasında yer alıb.

Newsport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytının açıqladığı statistik göstəriciyə əsasən, Ağdam təmsilçisi qrupun ilk 3 turunda 7 qol vurub ki, bu göstəricidə onlar 32 komanda arasında üçüncü yerdə qərarlaşıb.  “Mittüland” (Danimarka), “Frayburq” (Almaniya), Betis” (İspaniya) də rəqib qapılarına 7 dəfə yol tapıb. Siyahıda ilk pilləni isə 10 qolla “Feyenoord” (Niderland) tutur.

Qurban Qurbanovun komandası ilk 3 turda çərçivəyə ən çox zərbə endirən (24 dəfə) komandalar sırasında isə birinci yeri tutur. Bu zərbələrdən 7-si qol olub. İkinci-üçüncü pillələrdə “Frayburq”la “Betis” (hərəyə 20 dəfə) qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ" ötən gün "Olimpiakos"a Afinada 3:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right