“Oyunla bağlı müəyyən planlarımız var idi. Onu 70-ci dəqiqəyə qədər həyata keçirdik”.
Newsport.az-ın Yunanıstana ezam olunan xüsusi müxbiri xəbər verir ki , , bu sözləri “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales deyib.
O, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyundan danışıb: “”Qarabağ” hesabı açdıqdan sonra planlarımız pozuldu. Ondan sonra hər şey dəyişdi. Ardınca fərdi səhvlərimiz oldu. Bundan sonra isə hər şey itirilmişdi. 70-ci dəqiqəyə qədər heç kim deyə bilməzdi ki, belə hesab olacaq”.
Hacı Mərdan/ Afina, Yunanıstan