Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq.
Ağdam klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
Qrupda keçirdiyi hər iki oyunda uduzan Pirey təmsilçisi öz meydanında ilk xallarını qazanmağa çalışacaq. "Qarabağ" da səfərə qələbə üçün yollanıb.
Qrupun digər oyununda “Frayburq” “Nant”ı qəbul edəcək. Bu matç da saat 23:00-da başlayacaq.
6 oktyabr
Avropa Liqası, 3-ü tur
G qrupu
23:00. “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan) 0-3
Qollar: Ovusu, 68, Veşoviç 82, Ramil Şeydayev 86
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
Pirey. "Georgios Karaiskakis" stadionu