"Olimpiakos"un futbolçusu: "Tamamilə "Qarabağ"la oyuna köklənmişik"

"Olimpiakos"un (Yunanıstan) futbolçusu Matyö Valbuena Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a  qarşı keçirəcəkləri matç barədə danışıb.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

"Sabah mənim meydana çıxıb-çıxmamağım deyil, qələbə qazanmaq daha önəmlidir. Oynasam, qələbə üçün əlimdən gələni edəcəyəm. Xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik. Tamamilə oyuna köklənmişik. Baş məşqçinin tapşırıqlarını səhvsiz yerinə yetirməyə çalışacağıq ki, istəyimizə çataq. Yaxşı komandamız, yüksək səviyyəli futbolçularımız var. Doğru yoldayıq. Əzmlə çalışsaq, nəticə özü gələcək".

Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right