Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Yanq Boyz" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, avqustun 20-də baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Yanq Boyz" "Qarabağ"ı ev oyunlarını keçirdiyi "Stad de Sviss" stadionunda qəbul edəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.