"Qarabağ"a qalib gəlmək istəyirik"

"Olimpiakos"un baş məşqçisi Xose Miçel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçından öncə mətbuat konfransı təşkil edib.

Newsport.az-ın məlumatına görə, mütəxəssis oyundaqələbə qazanmaq istədiklərini deyib:

"Qarabağ"a qalib gəlmək istəyirik. Bunu bacara bilərik. Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq. "Qarabağ" çox yaxşı komandadır. Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".

Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right