Şahruddin Məhəmmədəliyev: "Yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik"

“Qarabağ”ın qapıçısı Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.

Newsport.az-ın Afinaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Güclü rəqiblə üz-üzə gələcəyik. Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin yaxşı oyunçuları, həmçinin çılğın azarkeşləri var. Uşaq vaxtı futbol oynayanda belə atmosferdə və stadionda meydana çıxmaq arzularımdan biri olub. Bu, komandamız üçün üçün əlavə motivasiya olacaq və bizə zövq verəcək”.

Sabah “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Hacı Mərdan/Afina, Yunanıstan

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right