Essyen "Qəbələ"yə qarşı oynamayacaq

“Panatinaikos” Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə oyunlara ciddi itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, komandanın ulduz futbolçusu Maykl Essyen "Qəbələ" ilə hər iki görüşü buraxacaq. Buna səbəb ötən ay əməliyyat olunan  32 yaşlı yarımmüdafiəçinin hələ də sağalmamasıdır.

Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk matç avqustun 20-i Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right