"Olimpiakos"un futbolçusu "Qarabağ"a qarşı oynaya bilməyəcək

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" ciddi itkiylə üz-üzə qalıb.

Newsport.az-ın məlumatına görə, Pirey klubunun üzvü Panayotis Retsos dizindən zədələnib.

Buna görə də, 24 yaşlı müdafiəçi Avropa Liqasının 3-cü turunun "Qarabağ"a qarşı matçını buraxmalı olacaq. O, "Verona"dan icarəyə götürülüb.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right