UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turunun oyunlarındakı azarkeş sayı açıqlanıb.
Newsport.az-ın məlumatına görə, 15 görüşü 312 min adam izləyib.
Avropa Liqasının G qrupunun Bakıda keçirilmiş "Qarabağ" - "Nant" görüşü də ilk "beşlik"də yer alıb. Tofiq Bəhramov stadionunda keçirilmiş matçı 26,495 azarkeş izləyib.
Ən çox azarkeş isə İtaliyada qeydə alınıb. Belə ki, "Roma" (İtaliya) - "HİK" (Finlandiya) matçında 60,193 fanat tribunada olub.