Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Fransanın “Nant” klubu üzərində inamlı qələbəsi (3:0) ilə bağlı paylaşım edib.
Newsport.az-ın məlumatına görə, o, rəsmi İnstaqram səhifəsində “Qarabağ Azərbaycandır” həştəqi ilə Prezident İlham Əliyevin tvitini paylaşıb.
