Antuan Kombuare: "0:3 hesabı ilə uduzacağımızı düşünmürdüm"

Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Nant" görüşündən sonra qonaq komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, Fransa klubunun çalışdırıcısı görüşlə bağlı fikirlərini bildirib:

- Rəqibə əsasən nədə uduzdunuz?

- Birinci hissədə yaxşı oynadıq. Amma qol vura bilmədik. Sonradan "Qarabağ" bundan istifadə etdi və 12 dəqiqəyə 3 qol vurdu. "Qarabağ"a afərin deyirəm.

- Məğlubiyyətdən sonra istefa verməyi fikirləşirsiniz?

- Əlbəttə ki, yox. İdmanda qələbə də var, məğlubiyyət də. "Qarabağ"ı Fransada gözləyəcəyik ki, onlardan revanş alaq.

- Oyundan qabaq sosial şəbəkədə "Nant" fanatları yazırdı ki, "Qarabağ"a uduzsanız, Fransaya gəlməyin". Bu məğlubiyyəti onlara necə başa salacaqsınız?

- Mən bu suala cavab vermək istəmirəm. Bizim başqa oyunumuz da var. Çünki, bazar günü oyunumuz var, qayıtmaya bilmərik. Sosial mediaya baxmıram, fikir də vermirəm.

- İki oyun geridə qalıb. Püşk atılarkən düşündüyünüz mənzərə ilə hazırki arasında nə qədər fərq var?

- Qrupda altı oyunumuz var, birini udmuşuq, birini uduzmuşuq. "Qarabağ" kimi üç xala sahibik. Burada uduzduq, çalışacağıq ki, növbəti matçlarda qalib gələk.

- Sizin üçün "Qarabağ" adı buna qədər nə idi və bundan sonra necə olacaq?

- Əvvəlcə də demişdim ki, "Qarabağ" çox güclü komandadı. Çünki, onlar avrokuboklarda çoxdandır ki, oynayırlar. "Qarabağ"ın təcrübəsi daha çoxdu. Bilirdik ki, əvvəlcədən çətin olacaq. Amma 0:3 hesabı ilə uduzacağımızı düşünmürdüm. Amma biz 20 il idi ki, avrokuboklarda oynamırdıq. "Qarabağ"ın təcrübəsi yüksəkdi.

- Hansı komponentdə "Qarabağ"a uduzdunuz? Məşqçilərin duelində həmkarınıza uduzdunuz, yoxsa komandanız məğlub oldu?

- Biz birinci hissədə qol vurmaq istəyirdik, amma alınmadı. Futbolda belədir ki, "vurmayana vurarlar". Bizə yaxşı pressinq oldu və dözə bilmədik. Sonda da "sındıq". "Qarabağ" da bundan istifadə edib qollarını vurdu. Həm də müdafiədə yaxşı oynaya bilmədik. Zəiflik nümayiş etdirdik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right