UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətinə cavab verdi

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"la oyunun bir dəqiqəlik sükutla başlaması ilə bağlı müraciətinə cavab verib.

Newsport.az-ın məlumatına görəklubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a bildirib ki, qitənin futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib:  “Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciət etmişdi.

Əlavə edək ki, sabah keçiriləcək "Qarabağ" - "Nant" görüşü saat 20:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right