”Qarabağ”ın rəqibi artıq Bakıdadır

Fransanın “Nant” komandası “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunu üçün Bakıya gəlib. 

Newsport.az-ın məlumatına görə, rəqib kollektiv ötən gün axşam saatlarında Azərbaycana çatıb.

Saat 17:15-də Liqa 1 təmsilçisinin baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı, saat 18:00-da isə komandanın media üçün açıq məşqi olacaq.

Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right