UEFA: "Fasilədən sonra vəziyyət dəyişmədi, "Qarabağ" üstünlüyü "Frayburq"a vermirdi"

UEFA-nın rəsmi saytı Avropa Liqasının G qrupunun ilk turunun "Frayburq" - "Qarabağ" (2:1) matçına da yer verib.

Newsport.az-ın məlumatına görə, qurum Ağdam klubunun Almaniyadakı matçdakı üstün oyunundan yazıb:

"Ev sahibi kimi "Frayburq"un ilk dəqiqələrdən təzyiq göstərməsi "Qarabağ"ın qapısına vurulan iki qolla nəticələndi. Birinci qolu penaltidən Qrifo vurdu, ikinci qolun müəllifi isə Doan oldu. Lakin zaman keçdikcə təşəbbüsü ələ keçirən “Qarabağ” Marko Veşoviçin dəqiq zərbəsi sayəsində hesabdakı fərqi azaltdı və çox təhlükəli əks-hücumlara keçdi. Fasilədən sonra vəziyyət əsaslı şəkildə dəyişmədi. Belə ki, "Qarabağ" üstünlüyü "Frayburq"a vermirdi. Qonaqların hesabı bərabərləşdirmək üçün bir neçə şansı olsa da, tablodakı nəticə dəyişmədi.

Əsas statistika: “Frayburq” doqquz ildən sonra Avropa Liqasının qrup mərhələsinə qayıtdı. Almaniya klubu ilk dəfə idi ki, Azərbaycan təmsilçisi ilə qarşılaşırdı. Debüt də uğurlu alındı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right